525.Az

Samir Şərifov: "Dövlət borcu azalıb"


 

Samir Şərifov: "Dövlət borcu azalıb"<b style="color:red"></b>

"Dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticələrini verməkdədir".

ONA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifovun sözlərinə görə, Prezident tərəfindən dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması tapşırığı qoyulub:

"Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta ifadə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib".

 





21.05.2019    çap et  çap et