525.Az

UNEC "Bir pəncərə" sistemini tətbiq edəcək


 

UNEC "Bir pəncərə" sistemini tətbiq edəcək<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələr üçün "Bir pəncərə" sistemini tətbiq edəcək.

Universitetdən verilən məlumata görə, layihənin məqsədi tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etməkdir.

"Bir pəncərə" vasitəsilə tələbələr onlara lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi elektron kabinetlərindən günün 24 saatı sistemə müraciət edə bilərlər.

Hazır sənəd sonra elektron formada tələbənin şəxsi kabinetinə göndərilir. Pilot layihə kimi aprel ayından start verilən "Bir pəncərə" sistemi ilk olaraq Maliyyə və mühasibat fakültəsində tətbiq olunub. Bir ay ərzində fakültənin 400-ə yaxın tələbəsinin müraciəti operativ cavablandırılıb və tələbələr lazım olan sənədi qısa müddətdə əldə ediblər.

"Bir pəncərə" sistemi yeni tədris ilindən UNEC-in bütün fakültələrində tətbiq olunacaq.

S.QARAYEVA

 





21.05.2019    çap et  çap et