525.Az

Mətbuat Şurası dünya jurnalistlərinə müraciət edəcək


 

Mətbuat Şurası dünya jurnalistlərinə müraciət edəcək<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət edəcək.

ONA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O bildirib ki, sabah Mətbuat Şurası dünya jurnalistlərinə mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət ünvanlayacaq:

"Buna səbəb isə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlum bəyanatıdır".

Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq edib.

 





21.05.2019    çap et  çap et