525.Az

Azərbaycanın 33 sülhməramlısı Əfqanıstana yola salınıb


 

Azərbaycanın 33 sülhməramlısı Əfqanıstana yola salınıb<b style="color:red"></b>

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 33 hərbçisi bu gün Əfqanıstana yola salınıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 
Hərbçilər rotasiya əsasında 2014-cü ilin aprel ayınadək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində xidmət edəcəklər.
 
Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir.
 
Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlıları 2002-ci ilin noyabr ayından Əfqanıstanda İSAF tərkibində xidmət edir. Hazırda Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.

 





01.10.2013    çap et  çap et