525.Az

"Rəssamlarımızın əsərlərini Azərbaycanda saxlamaqla məhdudlaşmamalıyıq"


 

"Rəssamlarımızın əsərlərini Azərbaycanda saxlamaqla məhdudlaşmamalıyıq"<b style="color:red"></b>

"Azərbaycan rəssamlarının əsərləri bu üsulla gələcəkdə xaricdə də satıla bilər".

ONA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda ilk dəfə keçirilən incəsənət əsərlərinin hərracında deyib.

O bildirib ki, bu proses Azərbaycanda yaradıcılıq sənayesinin inkişafı baxımından çox böyük hadisədir:

"Çünki dünyada hazırda yaradıcılıq sənayesi ən gəlirli sahələrdəndir. Azərbaycanda bu təşəbbüs Dövlət Rəsm Qalereyası və "Auksion Baku" təşkilatı arasında bağlanan müqavilə əsasında qanunlar çərçivəsində keçirilir. Biz rəssamlarımızın əsərlərini Azərbaycanda saxlamaqla məhdudlaşmamalıyıq. Bu əsərlər dünya bazarına çıxarılmalı, kolleksionerlər, muzeylər tərəfindən alınmalıdır. Bunun üçün bu işi başlamaq lazım idi".

Nazir incəsənətsevərləri bu cür auksionlarda aktiv iştirak etməyə çağırıb:

"Mən incəsənətlə maraqlanan vətəndaşlarımıza müraciət etmək istərdim ki, bu təşəbbüsü dəstəkləmək lazımdır. Bu təşəbbüs qanun çərçivəsində yeni yaradıcılıq bazarının formalaşmasına gedən yolda ilk addımımızdır. Bunu dəstəkləsələr, gələcəkdə incəsənətimiz daha da inkişaf edəcək".

 





21.05.2019    çap et  çap et