525.Az

Venesuela prezidenti Azərbaycana gələcək


 

Venesuela prezidenti Azərbaycana gələcək<b style="color:red"></b>

Bu ilin oktyabr ayında Venesuela prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran deyib.

O bildirib ki, Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək və bununla bağlı Bakıda sammit olacaq.

Bundan əvvəl isə iyulda XİN başçıları səviyyəsində Venesuelada Qoşulmama Hərəkatı ölkələrinin iclası olacaq. Bununla bağlı Elmar Məmmədyarova dəvət göndərilib.

 





21.05.2019    çap et  çap et