525.Az

“Büdcə kəsiri 2018-ci ildə proqnozlaşdırılandan xeyli az olub”


 

“Büdcə kəsiri 2018-ci ildə proqnozlaşdırılandan xeyli az olub”<b style="color:red"></b>

“Büdcə kəsiri 2018-ci ildə proqnozlaşdırılandan xeyli az olub”.

ONA-nın məlumatına görə, bunu bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

V.Gülməmmədov deyib ki, kəsirin maliyyələşmə mənbəyi olaraq vahid xəzinə hesabının qalığı və qrantlar üzrə daxilolmalardan da bu məqsədlə istifadə edilməyib:

“Ümumiyyətlə, vahid xəzinə qalığı ilin əvvəlinə olan büdcə gəlirlərinin 7,3 faizinə bərabər olub. Hesabat ilində daxili və xarici borclanmanın 2018-ci ilin dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş yuxarı hədləri gözlənilib, ümumi dövlət borcu məbləğinin 92 faizi xarici dövlət borcuna, 8 faizi daxili dövlət borcuna aid olub. Son bir neçə ildə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər artım dinamikasına malik olub.

Bununla belə, Hesablama Palatasının beynəlxalq təcrübədə tətbiq edilən mütərəqqi yanaşmalardan, habelə beynəlxalq standartlar və nəzəriyyədə təklif olunan metodlardan istifadə olunmaqla apardığı hesablamalar Azərbaycan Respublikasının borc dayanıqlığı ilə bağlı vəziyyətin məqbul həddə olduğunu göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, valyuta ehtiyatlarımızın xarici borcumuzu 4-5 dəfə üstələməsi də buna bariz nümunədir”.

 





21.05.2019    çap et  çap et