525.Az

Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası Bakıda keçiriləcək


 

Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası Bakıda keçiriləcək<b style="color:red"></b>

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası mayın 23-24-də Bakıda keçiriləcək. 

Bu barədə ONA-ya XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, iclasa Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik edəcək.

Qeyd edək ki, uzun fasilədən sonra mayın 14-də komissiyanın Bakıda ilk iclası keçirilib.

 





22.05.2019    çap et  çap et