525.Az

Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır"


 

Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır"<b style="color:red"></b>

“Heç kəs İranın “Vasitəçilik müharibəsi”nə (Proxy war) girdiyini iddia edə bilməz”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin  xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri  Hişmətullah  Fəlahətpişə Norveç sığorta şirkətinin İranın BƏƏ gəmilərində təxribat törətməsi ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.

“Bölgə oyunçularının bəzisi çalışır ki, Fars Körfəzində onsuz da həssas olan sabitliyi  sarsıtsın və öz mənafeyini gücləndirsin. Biz İran olaraq təhqiqatın başa çatmasını gözləyirik. ABŞ-ın regiona ayağını açmaq istəyənlər  müharibə arzusundadırlar. Onlar öz siyasətlərini icra etməkdədirlər və  Fars Körfəzi Əməkdaşlıq Şurasından da əcnəbi hərbi qüvvələrin iştirakı üçün lazımi icazəni alıblar. Bu kimi  hərəkətlər və addımlar şübhəlidir və düşünürük ki, bunun qarşısı alınmalıdır”,-deyə o bildirib.

Parlament üzvü deyib ki,  İran heç bir zaman heç bir “vasitəçilik müharibəsi”nə qoşulmayacaq: “İranın siyasəti müharibə başlatmamaqdır və buna görə  hər hansı bir yerdə nəsə baş verərsə,  bu, bizim siyasətimizin parçası deyil”.

 





22.05.2019    çap et  çap et