525.Az

Kıvançın arvadının restoranına hücum olundu


 

Kıvançın arvadının restoranına hücum olundu<b style="color:red"></b>

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun arvadı Başak Tatlıtuğun işlətdiyi restorana hücum olub.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında məkana gələn biri restoranın qarşısında qışqırmağa, qapını yumruqlamağa başlayıb. O, daha sonra işçiləri hədələyib.

Restoranın işçiləri isə polisə xəbər verib. Hadisə yerinə gələn polislər həmin adamın 28 yaşlı Sinan A. adlı şəxs olduğunu ortaya çıxarıb. Sinan ifadəsində onu tərk edən sevgilisinin Başakın rəfiqəsi olduğunu, məkana onunla danışmaq üçün gəldiyini deyib.

Hadisədən xəbərdar olan Kıvanç və Başak həmin şəxsi prokurorluğa şikayət edib. Məsələ ilə bağlı cinayət işi açılıb.

 





22.05.2019    çap et  çap et