525.Az

Afaq Bəşirqızı: "Onun çantasından 5 manat oğurladım"


 

Afaq Bəşirqızı: "Onun çantasından 5 manat oğurladım"<b style="color:red"></b>

Xalq artisti Afaq Bəşirqızı AzTV-də yayımlanan "Ağ və qara" proqramında "Ac uşağa görə oğurluq edərsiniz" sualını cavablandırıb.

Axşam.az xəbər verir ki, sənətçi uşaq ikən oğurluq etdiyini etiraf edib:

"Bir dəfə çox ac idim. Uşaqlar hamısı məktəbə kolbasa çörəklə gəlirdilər. Mən də kolbasanı çox sevirdim. Atam Mərkəzi Xəstəxanada yatırdı. Evimizə analığımın Zivər adlı qohumu gəlmişdi. Onun çantasından 5 manat götürdüm. Getdim kolbasa aldım, doğratdırdım, atamın kitab şkafında gizlətdim. Bir gün yemək mümkün oldu, səhəri gün kolbasa iyləndi. Vaxt keçdi. Mən artıq Afaq Bəşirqızı oldum. Eşitdim ki, həmin qadın Montində parça satır. Onu tapdım, dedim ki, Zivər xala, vaxtilə sənin çantandan 5 manat pul götürmüşdüm, indi qaytarmağa gəlmişəm. O isə "Afaq, sən pulu götürəndə mən onu bildim, sənə halal edirəm" dedi. Dedim ki, belə halallıq istəmirəm. İndi əgər mən, öz aclığıma dözməmişəmsə, başqasının da aclığına dözmərəm. Uşaqları və qocaları çox sevirəm".

 





22.05.2019    çap et  çap et