525.Az

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası oldu


 

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası oldu<b style="color:red"></b>

Mayın 21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın ilk iclası keçirilib.

Fonddan verilən məlumata görə, iclasda Hasilatın pay bölgüsü sazişlərinin (HPBS) açıqlanması, HSŞ Komissiyasının 2019-cu il üzrə Fəaliyyət Planı, 2018-ci il üzrə hesabatların əhatə dairəsi və hesabatlılıq müddətləri, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsi layihəsini icra edən məsləhətçilər tərəfindən görülmüş işlərə dair məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Görüşdə hər üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2018-ci il üzrə HSŞ hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınıb və HSŞ hesabatını hazırlayacaq Müstəqil Auditorun seçimini tənzimləyən Şərtlər Toplusu və hesabat formaları müzakirə edilərək təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 3-də imzaladığı fərmanla Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın yeni tərkibi təsdiqlənib.

C.ABASOV

 





22.05.2019    çap et  çap et