525.Az

Rəsul Rza mükafatı sahiblərinə təqdim olundu


 

Rəsul Rza mükafatı sahiblərinə təqdim olundu <b style="color:red"></b>

Mayın 20-də Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəsul Rzanın doğum günü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) Rəsul Rza adına Ədəbiyyat Ocağı İctimai Birliyinin təsis etdiyi ənənəvi Rəsul Rza mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə AYB rəhbərliyi, tanınmış yazarlar və media nümayəndələri iştirak ediblər.

Fondun prezidenti, AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca çıxışında Rəsul Rza yaradıcılığından söz açıb, bu mükafatın onun adı ilə adlandırılmasını R.Rzanın ədəbiyyatımızdakı xidmətləri müqabilində kiçik töhfə adlandırıb. Şairin həyat və yaradıcılığından söz açan katib onun Azərbaycan ədəbiyyatındakı önəmli yerini və özündən sonra açdığı cığırı xüsusi vurğulayıb.

Daha sonra F.Qoca mükafatları sahiblərinə təqdim edib. Ədəbi mükafata bu il akademik İsa Həbibbəyli, Xalq rəssamı Arif Hüseynov, professor Rüstəm Kamal, Azər Turan, Rəşad Məcid, Tahir Taisoğlu, Ənvər Əhməd və Etibar Vəliyev layiq görülüblər.

Eyni zamanda, "Nurlan" və "Elm və təhsil" nəşriyyatlarının direktoru, professor Nadir Məmmədliyə də Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatı təqdim olunub.

Mükafatçılar çıxışlarında AYB-nin sədri, Xalq yazıçısı Anar və Fikrət Qoca başda olmaqla birliyin rəhbərliyinə təşəkkürlərini bildirib, Rəsul Rza yaradıcılığı barədə düşüncələrini bölüşüblər.

Sonda AYB sədri Anar mükafata layiq görülənləri təbrik edib, onlara daha böyük yaradıcılıq uğurları arzulayıb.

ŞAHANƏ

 





22.05.2019    çap et  çap et