525.Az

Qan Turalı “Ayna”nı imzaladı


 

Qan Turalı “Ayna”nı imzaladı<b style="color:red"></b>

Mayın 18-də Gənc Tamaşaçılar Teatrında yazıçı Qan Turalının yeni kitabı "Ayna"nın tqdimatı və imza mərasimi keçirilib.

Tədbirdə millət vəkilləri, tanınmış yazarlar, gənc qələm sahibləri, oxucular və media nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, Qan Turalının sayca altıncı kitabı olan "Ayna"da müəllifin son illərdə yazdığı povest ("Samir, Samiri" və "Casusların xəfiyyəsi") və hekayələri ("Adam və ağac", "Şanel", "Həyatı köçürtməyin cansıxıcı detalları", "Sevda sorağında", "Film kimi", "DVD", "Banan") toplanıb.

Müasir dövrün təbəddülatlarından bəhs edən əsərlərin əsas leytmotivi modern insanın qarşısında duran ekzistensial problemlərdir. Həyatın müxtəlif təbəqə və zümrələrinə aid olan qəhrəmanlar zəmanənin yaratdığı əngəllər qarşısında gücsüz görünsələr və bəzən məğlub olsalar belə, ümid əsla onları tərk etmir.

Kitab ön söz əvəzinə müəllifin ədəbiyyat və öz hekayələri ilə bağlı yazdığı "İnsan olmağı unutma!" adlı essesi ilə başlayır.

"Xan" nəşriyyatında işıq üzü görən 204 səhifəlik kitabın redaktoru Nüşabə Hüseynli, naşir Müşfiq XAN, korrektoru Dürdanə Ramazanlı, texniki redaktoru Bəxtiyar, dizayneri Gülnar Hacıyevadır.

ŞAHANƏ

 





22.05.2019    çap et  çap et