525.Az

Yazıçı Seyran Səxavətlə görüş


 

Yazıçı Seyran Səxavətlə görüş <b style="color:red"></b>

Sumqayıt Regional Mədəniyyət İdarəsinin mərkəzləşdirilmiş kitabxana sistemində, Xırdalanda yazıçı Seyran Səxavətlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, şair Məlahət Yusifqızı yazıçıya dəvəti qəbul edib gəldiyinə görə kitabxanaçılar, qonaqlar və oxucular adından təşəkkür edib, görüşün formatı və eləcə də, Seyran Səxavət yaradıcılığı, şəxsiyyəti haqqında məlumat verib.

Daha sonra şairlər Fərqanə Mehdiyeva, Narıngül, Şəfəq Sahibli, Xalid Laçınlı, Mütalib Tahiroğlu, Pərviz Axund, Nuridə Misir, tənqidçi Xəyalə Axundova və digərləri çıxış edərək Seyran Səxavətin həyatı, yaradıcılığı haqqında fikirlərini, yazıçı ilə bağlı xatirələrini bölüşüblər.

Çıxışlardan sonra söz alan yazıçı tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, çıxışında Azərbaycan dilinin bugünkü vəziyyəti, kitaba, mütaliəyə marağın azalması, milli-mənəvi dəyərlər, müasir ədəbi mühit və digər mövzular haqqında geniş söhbət açıb, oxucuları maraqlandıran sualları cavablandırıb.

Sonda yazıçı müxtəlif illərdə yazdığı şeirlərini oxuyub, gənclik illəri ilə bağlı xatirələrini bölüşüb.

ŞAHANƏ

 





22.05.2019    çap et  çap et