525.Az

Nazir: “Azərbaycan və Böyük Britaniya arasında əlaqələr daha da inkişaf edir”


 

Nazir: “Azərbaycan və Böyük Britaniya arasında əlaqələr daha da inkişaf edir”<b style="color:red"></b>

“Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələr daha da inkişaf edir”.

Bu sözləri Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi ONA-nın London bürosuna verdiyi müsahibədə deyib.

O, iki ölkə arasında illərdir ki, yaxın və sıx əlaqələrin olduğunu qeyd edib.

“Biz bilirik ki, neft və qaz sektoru iki ölkə arasındakı iqtisadi əlaqələr üçün xüsusi əhəmiyyət kəsb edir. BP Azərbaycanda uzun müddətdir ki, fəaliyyət göstərir və Azərbaycan və Böyük Britaniya hökumətləri birgə çoxlu işlər görüb. Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi üçün böyük bir istək var. Hazırda isə turizm, balaca və orta bizneslər, kənd təsərrüfatı, mədəni sahələrdə mübadilə, külək enerjisi kimi davamlı enerji sahələrində iqtisadi əlaqələrin şaxələndirilməsi üzrə işlər görülür. Böyük Britaniya da iki ölkə arasındakı bu tərəfdaşlığa çox maraqlıdır”.

Corc Hollinqberi iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün daha da çox işlər görülə biləcəyini deyib.

“Düşünürəm ki, bunun üçün iki tərəfin də marağı böyükdür və mən əlaqələrin daha da gücləndiyini görürəm”.

Britaniyalı nazir ölkəmizin "Formula 1" kimi beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladaraq iki ölkə arasındakı idman əlaqələrinin əhəmiyyətindən  danışıb.

O, Azərbaycanda növbəti həftə baş tutacaq “Arsenal” və “Çelsi” arasındakı qarşılaşma üçün bir çox Arsenal azarkeşinin Azərbaycana səyahət edəcəyini, bunun qarşılıqlı əlaqələrin inkişafı üçün yaxşı göstərici olduğunu qeyd edib.

 





22.05.2019    çap et  çap et