525.Az

"Türkiyə S-400 alacağı təqdirdə, F-35 proqramından çıxarılacaq"


 

"Türkiyə S-400 alacağı təqdirdə, F-35 proqramından çıxarılacaq"<b style="color:red"></b>

ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi Türkiyənin Rusiyadan S-400 sistemlərini alacağı təqdirdə F-35 proqramından çıxarılmasına dair qərar layihəsini qəbul edib.

ONA-nın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, palata üzvləri həmçinin Türkiyəni S-400 raket əleyhinə müdafiə sisteminin tədarükünü təxirə salmağa çağırıb.

Xarici əlaqələr komitəsinin rəhbəri Eliot Engel çıxışı zamanı bildirib ki, Rusiya silah sisteminin tədarükünü təxirə salmasa, ABŞ Türkiyəyə silah satmamalıdır:

“NATO-ya üzv ölkə rus silahını ala bilməz”.

Sənəd Nümayəndələr Palatasına mayın 10-da təqdim edilib.

 





23.05.2019    çap et  çap et