525.Az

Türkiyə XİN ABŞ-ın S-400-lə bağlı ultimatumuna dair xəbərləri təkzib etdi


 

Türkiyə XİN ABŞ-ın S-400-lə bağlı ultimatumuna dair xəbərləri təkzib etdi<b style="color:red"></b>

Türkiyə Xarici İşlər Nazirliyi rəsmi Vaşinqtonun Türkiyədən iyunun ilk həftəsinin sonuna kimi S-400-ün tədarükünü ləğv etməsini tələb etdiyinə dair xəbərləri təkzib edib.

ONA-nın “A Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da səfərdə olan nazir müavini Yavuz Selim Kıran açıqlama verib.

“Rəsmi səviyyədə bizə belə bir müraciət daxil olmayıb. Martda ABŞ “Patriot” zenit-raket kompleksinin tədarükü ilə bağlı əvvəlki təkliflərini yeniləmişdi. Hesab edirik ki, söhbət bu təklifdən gedir”.

Qeyd edək ki, CNBC kanalı ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən yazıb ki, ABŞ Türkiyəyə S-400 sisteminin tədarükünə dair Rusiya ilə razılaşmanı dayandırmaq üçün iyunun sonuna kimi vaxt verib, əks halda Türkiyəni mənfi nəticələr gözləyə bilər.

 





23.05.2019    çap et  çap et