525.Az

NATO-dan Rusiyaya Krım çağırışı


 

NATO-dan Rusiyaya Krım çağırışı <b style="color:red"></b>

NATO hərbi komitəsinin rəhbəri Stüart Piç Krımın alyans tərəfindən Rusiya ərazisi kimi tanınmayacağını açıqlayıb.

ONA xəbər verir ki, bu barədə “UNIAN” NATO-nun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Piç bu açıqlamasını NATO üzvü ölkələrinin baş qərargah rəislərinin Brüsseldə keçirilən iclasında verib. O bildirib ki, təşkilat Krımın qeyri-qanuni zəbt edilməsini tanımaq niyyətində deyil.

“Biz bir daha Rusiyanı Krımı tərk etməyə çağırırıq”, - deyə Piç bildirib.

O, həmçinin NATO adından Rusiyanı Azov dənizindəki insidentdən sonra saxlanılmış ukraynalı dənizçiləri buraxmağa çağırıb.

 





23.05.2019    çap et  çap et