525.Az

İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü: "ABŞ-la heç bir danışıq olmayacaq"


 

İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü: "ABŞ-la heç bir danışıq olmayacaq"<b style="color:red"></b>

"İran ilə ABŞ arasında heç bir danışıq olmayacaq".

ONA-nın Tehran bürosunun məlumatına görə,  bunu İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü  Keyvan Xosrəvi deyib.

O bildirib ki, müxtəlif ölkə rəsmilərinin İrana səfərlərinin sayı çoxalıb:

“Onların çoxu Amerika Birləşmiş Ştatlarından gəlir. Bu səfərlərin bəzisi mətbuata verilir, bir çoxu isə gizlin qalır. İran İslam Respublikasının əsas siyasəti onların diqqətinə çatdırılıb. Açıq-aşkar demişik ki, ölkəmizin hüquqlarını təmin etmədikcə,  sözdən əmələ doğru addım atmadıqca, İran ilə ABŞ arasında heç bir danışıq olmayacaq”.

 





23.05.2019    çap et  çap et