525.Az

“Gulf Air” “Çelsi” və “Arsenal” azarkeşlərini Bakıya xüsusi reyslə gətirəcək


 

“Gulf Air” “Çelsi” və “Arsenal” azarkeşlərini Bakıya xüsusi reyslə gətirəcək<b style="color:red"></b>

Bəhreynin “Gulf Air” aviaşirkəti “Çelsi” və “Arsenal” azarkeşlərinin Bakıya səfərini asanlaşdırmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına uçacaq təyyarəni modernləşdirib

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, “Gulf Air” çox sayda azarkeşin Bakıya səfərini təmin etmək üçün “Boeing 787-9 Dreamliner” flaqman təyyarəsindən istifadə edəcək.

Həmin təyyarə ilk dəfə Bəhreyn-Bakı reysi ilə uçuş keçirəcək. Ekonom bölmədə 256 və “Falcon Gold” bölməsində 26 yerlə “Boeing 787-9 Dreamliner” Bakıya müntəzəm uçan digər təyyarələrdən daha böyükdür.

“Gulf Air” aviaşirkəti Bakıya həftədə 5 reys həyata keçirir.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.

 





23.05.2019    çap et  çap et