525.Az

Sumqayıtda muğam festivalı keçiriləcək


 

Sumqayıtda muğam festivalı keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə   “Gənc Muğamsevərlər” Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində muğam festivalı keçiriləcək.

Layihənin icraçısı Eyvaz Qocayevin 525.az-a verdiyi məlumata görə oktyabrın sonlarında Sumqayıt və Bakı şəhərində yaşayan gənc muğam ifaçıları bir araya gətirilərək Sumqayıt şəhərində Muğam Festivalı keçiriləcək.

Layihənin məqsədi istedadlı  gənc muğam ifaçılarını seçərək üzə çıxartmaq, onları bir araya gətirərək özlərini təqdim etmək  üçün şərait yaratmaq, istedadlı gəncləri stimullaşdırmaq, gənclərin muğama olan marağını artırmaq, mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, bununla yanaşı gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaqdır.

Muğam  Festivalında iştirak etmək istəyən gənc muğam ifaçıları layihə rəhbərinə  müraciət edərək festivala qoşula bilərlər.

 





02.10.2013    çap et  çap et