525.Az

Xoreoqrafiya Akademiyası şagirdləri hesabat konserti veriblər


 

Xoreoqrafiya Akademiyası şagirdləri hesabat konserti veriblər<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi akademiyanın 90 illik yubileyi çərçivəsində hesabat konserti ilə çıxış edib.

Tədbirdə BXA-nın professor-müəllim heyəti,dövlət və hökumət rəsmiləri, mədəniyyət və ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.

Üçhissəli hesabat konserti Azərbaycan Respublikasının Əməkdar artisti Emin Əliyev və tam orta məktəbin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyevanın quruluş verdiyi Niyazinin "Rast" simfonik muğamının musiqisi və "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında "Dəryadan damla" birpərdəli balet tamaşası ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikasının Əməkdar müəllimi Pullumb Aqallıyayın quruluş verdiyi İ.S.Baxın əsərlərindən ibarət "Kompozisiya" nümayiş edilib.

Konsert proqramının davamında Xalq artisti Yusif Qasımovun quruluş verdiyi "Yallı" və Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından rəqs, Əməkdar artist Səbinə Qasımovanın quruluş verdiyi "Süzən qızlar", "Mən baharın qızıyam", "Odlar yurdu" rəqsləri, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluş verdiyi "Qu gölü", "Jizel" baletlərindən variasiyalar və digər rəqs parçaları akademiyanın tam orta məktəbinin şagirdləri tərəfindən ifa edilərək, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Şahanə MÜŞFİQ

 





24.05.2019    çap et  çap et