525.Az

Səfirliklərimizin mühafizəsi gücləndiriləcək


 

Səfirliklərimizin mühafizəsi gücləndiriləcək Azərbaycanın xaricdəki diplomatik missiyalarının mühafizəsi gücləndiriləcək.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin aqressiv çağırışlarını nəzərə alaraq Azərbaycan diplomatik missiyaları onların yerləşdiyi ölkələrin Daxili İşlər nazirliklərinə müraciət edib ki, missiyanın mühafizəsini gücəndirsinlər.
 





04.09.2012    çap et  çap et