525.Az

Bakıda Argentinanın milli günü qeyd olundu


 

Bakıda Argentinanın milli günü qeyd olundu <b style="color:red"></b>

Mayın 24-də Argentinanın Azərbaycandakı Səfirliyi ilk Milli Hökümətin 209-cu ildönümü münasibətiylə rəsmi dəvət keçirib.

Trend səfirliyə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət himni səsləndikdən sonra Argentinanın Azərbaycana yeni təyin olunmuş səfiri Serxio Perez Gunella çıxış edib və iki ölkə arasında olan əlaqələri dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu xüsusi qeyd edib.

Səfir çıxışının sonunda sözü Azərbaycanın Xarici İşlər Nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyova verib. Öz novbəsində F. Abdinbəyov Azərbaycan hökuməti adından Argentina xalqını Milli Bayramı münasibəti ilə təbrik edib.

Tədbirdə Azərbaycanda akkreditasiya olunmuş xarici ölkə səfirləri, yerli hökümət işçiləri, şirkət nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.

Ziyafətdə, həmçinin yerli rəqqaslar tərəfindən tanqo şousu nümayiş olunub və Argentinanın milli mətbəxinin təamları qonaqlara təqdim olunub.

 





25.05.2019    çap et  çap et