525.Az

UEFA prezidenti Bakıda keçiriləcək finalla bağlı söz-söhbətlərə son qoydu


 

UEFA prezidenti Bakıda keçiriləcək finalla bağlı söz-söhbətlərə son qoydu<b style="color:red"></b>

UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsini dəstəkləyib.

ONA-nın məlumatına görə, o, Almaniyanın “Der Şpigel” nəşrinə verdiyi müsahibədə mayın 29-da keçiriləcək “Çelsi”-“Arsenal” qarşılaşması ilə bağlı söz-söhbətlərə son qoyub.

A.Çeferin ingiltərəli azarkeşlərin qarşılaşmanın yerinin dəyişdirilməsi ilə bağlı iddialara, həmçinin “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın finala gəlməkdən imtinasına münasibət bildirib.

O vurğulayıb ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət elə Avropa ölkələrindəki kimidir.

H. Mxitaryanın finala gəlməkdən imtinası barədə danışan UEFA bossu "Belə gərginliklərin futbolu dayandırmasına imkan versək, gələcəkdə heç bir yarış təşkil edə bilmərik. Fransa terror hücumlarının hədəfi olduğu bir vaxtda təhlükəsiz şəraitdə Avropa çempionatı təşkil etməyi bacardıq” söyləyib.

 





25.05.2019    çap et  çap et