525.Az

KİV: "Serj Sarqsyan gizlicə Koçaryanla görüşüb"


 

KİV: "Serj Sarqsyan gizlicə Koçaryanla görüşüb"<b style="color:red"></b>

“Serj Sarqsyanın bir neçə gün əvvəl zaminə buraxılan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla görüşdüyü barədə sübut var”.

“Report” xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb.

Bildirilib ki, son günlər Ermənistanın keçmiş hakim Partiyasının ofisində fəallıq müşahidə edilir. Partiyanın sədri, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan gecədən keçənədək ofisdə oturub partiyadaşlarını qəbul edir.

Qəzetin müxbiri partiyanın təmsilçisi Vaqram Baqdasaryandan soruşub: “Respublikaçılar Partiyasının üzvlərindən Robert Koçaryanla görüşən olubmu?”

O, təmsil etdiyi partiyadan Koçaryanla görüşənin olmadığını söyləyib. “Qraparak” isə Sarqsyanla Koçaryanın görüşdüyü barədə məlumatlarının olduğunu yazıb: “Yeri gəlmişkən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla Serj Sarqsyanın mütəmadi olaraq görüşdükləri barədə məlumat var. Ancaq hələ bunu təsdiqləyə bilməmişik”.

 





25.05.2019    çap et  çap et