525.Az

Milli Kitabxanada yeni sərgilər


 

Milli Kitabxanada yeni sərgilər<b style="color:red"></b>

Mayın 24-də Milli Kitabxanada iki sərgi açılıb.

Qarabağ aşıq mühitinin görkəmli nümayəndələrindən biri, aşıq-şair Mirzalıyev Xaspolad Salman oğlunun (Aşıq Xaspolad Gülablı) anadan olmasının 100 illiyi münasibətilə açılan "Aşıq Xaspolad - 100" adlı kitab sərgisində aşığın müəllifi olduğu, haqqında yazılmış kitablar, eyni zamanda, Azərbaycan aşıq sənətinin tarixinə dair ədəbiyyat nümayiş olunur.

Həmin gün həmçinin, Azərbaycan romantik ədəbiyyatı cərəyanının nümayəndəsi, şair, tərcüməçi, maarif xadimi Abbas Səhhətin anadan olmasının 145 illiyi münasibətilə "Abbas Səhhət - 145" adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümələri, tərtib etdiyi və redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Hər iki sərgi bir həftə davam edəcək.

ŞAHANƏ

 





26.05.2019    çap et  çap et