525.Az

Nəsiman Yaqublunun "Polyakların Azərbaycanda fəaliyyəti" kitabı nəşr edildi


 

Nəsiman Yaqublunun "Polyakların Azərbaycanda fəaliyyəti" kitabı nəşr edildi <b style="color:red"></b>

Azərbaycan Cümhuriyyətinin 101-ci ildönümü ərəfəsinə tarix elmləri doktoru Nəsiman Yaqublunun "Polyakların Azərbaycanda fəaliyyəti" kitabı nəşr edilib.
 
Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilən kitabın yaxın günlərdə geniş təqdimatı keçiriləcək.

Kitabda Azərbaycanda yaşamış polyakların üç istiqamətdə fəaliyyəti tədqiq olunub (polyakların neft sənayesinin inkişafında xidmətləri, şəhərin arxitektura sahəsində çalışmaları, Azərbaycan Xalq Cümhuriyyəti dövründə rolu).

Eyni zamanda, Bakı şəhərinin müasirləşməsində, hüquqi sisteminə aid sahələrin yaranmasında ciddi rol oynamış polyak mütəxəssislərin də fəaliyyəti kitabda arxiv sənədlərinə istinadən oxuculara təqdim edilib. Kitabda polyakların fəaliyyətinə aid çoxlu sayda fotolar, arxiv sənədləri də toplanıb. Kitabdakı materiallardan tanınmış memarlardan Y.Qoslavskinin, Y.Plyoşkonun, Cümhuriyyət dönəmində çalışmış L.Kriçinskinin, O.Kriçinskinin, M.Sulkeviçin və digərlərinin fəaliyyətləri ilə bağlı məlumatlar öyrənmək mümkündür.

Kitabın Azərbaycan-Polşa əlaqələrinin inkişafı  tarixinin  öyrənilməsində əhəmiyyəti böyükdür.

 





26.05.2019    çap et  çap et