525.Az

BDU-da Əşrəf Hacıyevə həsr olunan kitabın təqdimatı oldu


 

BDU-da Əşrəf Hacıyevə həsr olunan kitabın təqdimatı oldu <b style="color:red"></b>

Mayın 23-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi Əşrəf Hacıyevin xatirəsinə həsr edilmiş "Əşrəf Hacıyev - biblioqrafik göstərici" kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev iştirakçıları salamlayıb. Sonra tədbirin aparıcısı, radio-televiziya jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli Əşrəf Hacıyevin şəxsiyyətindən, kitabın əhəmiyyətindən söz açıb.

Professor Cahangir Məmmədli, dosentlər Mahmud Mahmudov, Aygün Əzimova, müəllim Diləfruz Şahbazova, jurnalistlər Qüdrət Piriyev, Tahir Aydınoğlu, İttifaq Mirzəbəyli, İlqar Həsənov, AMEA-nın ədəbiyyat institunun elmi işçisi Gülbəniz Babayeva Əşrəf Hacıyevlə bağlı danışıb, onunla olan xatirələrini bölüşüblər.

Çıxış edən fakültənin tələbələri isə bildiriblər ki, bu cür qələm sahibləri haqqında kitabların gənc jurnalistlərin gələcək peşəkar fəaliyyətləri üçün mühüm əhəmiyyəti var.

Kənan NOVRUZOV

 





26.05.2019    çap et  çap et