525.Az

İran Fars körfəzi ölkələrinə hücum etməmək barədə müqavilə təklif edib


 

İran Fars körfəzi ölkələrinə hücum etməmək barədə müqavilə təklif edib<b style="color:red"></b>

İran xarici işlər naziri Cavad Zərif Fars körfəzi ölkələrinə körfəzdə yaranmış mürəkkəb situasiya fonunda hücum etməmək barədə müqavilə imzalamağı təklif edib.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, C. Zərif bu təklifi Bağdadda İraq xarici işlər naziri Məhəmməd Əli əl-Hakim ilə görüşdə səsləndirib.

İran xarici işlər naziri deyib ki, Tehran Fars körfəzi ölkələri ilə münasibətlərinin ən yaxşı səviyyədə olmasını istəyir, münasibətlərin yaxşılaşdırılması və gərginliyin azaldılması istiqamətində istənilən təklifi alqışlayır.

Qeyd edək ki, son zamanlar İran və Fars körfəzi ətrafında  vəziyyət gərginləşir. ABŞ körfəzə 8 hərbi gəmi və "Patriot" zenit-raket kompleksləri göndərib.

 





26.05.2019    çap et  çap et