525.Az

"Gürcüstanla əlaqələr ərazi bütövlüyünə hörmət prinsipləri əsasında qurulub"


 

"Gürcüstanla əlaqələr ərazi bütövlüyünə hörmət prinsipləri əsasında qurulub"<b style="color:red"></b>

"Ümid edirəm ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq əlaqələri bundan sonra da güclənəcək".

ONA-nın Gürcüstan bürosunun məlumatına görə,  bu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gürcü həmkarı David Zalkalianiyə Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda qeyd edilib.

E. Məmmədyarov bildirib ki, ortaq maraqlar və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykənən bu əlaqələr möhkəm təməl üzərində qurulub:

"İki ölkə arasında mövcud olan məhsuldar əməkdaşlıq əlaqələri gürcü və Azərbaycan xalqlarının rifahının yüksəldilməsinə xidmət edir".

XİN başçısı məktubunda gürcü xalqına xoşbəxtlik, sülh və tərəqqi arzu edib.

 





26.05.2019    çap et  çap et