525.Az

Laricani yenidən İran parlamentinin spikeri seçildi


 

Laricani yenidən İran parlamentinin spikeri seçildi <b style="color:red"></b>

Əli Laricani yenidən İran Məclisinin sədri seçilib.

ONA-nın ICANA agentliyinə istinadən verdiyi məlumata görə, açıq səsvermə zamanı Ə. Laricani 274 deputatdan 155-nin dəstəyini alıb.

Bu posta iddia edən digər namizədlərdən Məhəmməd Reza Aref 105, Məhəmməd Cavad Abtaxi 9 səs alıb.

Qeyd edək ki, Ə. Laricani 2008-ci ildən parlamentin sədri postunu tutur.

 





27.05.2019    çap et  çap et