525.Az

Biləcəri və Gəncədə dəmiryolu deposu tikilir


 

Biləcəri və Gəncədə dəmiryolu deposu tikilir<b style="color:red"></b>

Azərbaycanda vaqonların saxlanılmasi üçün iki depo tikilir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, dəmiryolu deposunun genişləndirilməsi üçün Fransanın İnkişaf Agentliyi ilə müqavilə mövcuddur:

"Biləcəri və Gəncədə depo tikilir. Yəni, vaqonların alınması üçün beynəlxalq yollarda (Xarkov, Moskva, Tbilisi) 50-ə yaxın sərnişin qatarı, 4 min də yük vaqonu olsa dəmiryolunun vəziyyətini düzəltmiş olarıq".

C.Qurbanov, həmçinin əlavə edib ki, üç il ərzində Azərbaycan 875 km dəmiryolu dəyişdirilib.

 





27.05.2019    çap et  çap et