525.Az

Los-Ancelesda Azərbaycan haqda kitab nəşr olundu


 

Los-Ancelesda Azərbaycan haqda kitab nəşr olundu<b style="color:red"></b>

Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılması məqsədi ilə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-da kitab nəşr olunub.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə "Azerbaijan - Embracing the Future" adlanan kitabda Azərbaycan coğrafiyası, tarixi, mədəniyyəti, etnik və dini tolerantlığı, dövlət quruluşu, xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizmi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər haqqında informasiyalar yer alıb.

Kitabın ABŞ-da hökumət və qeyri-hökumət təşkilatlarına, elm, təhsil və mədəniyyət mərkəzlərinə və digər təşkilatlara, o cümlədən önəmli şəxslərə göndərilməsi nəzərdə tutulur.

Nigar Məhərrəm

 





10.10.2012    çap et  çap et