525.Az

Tramp: "Biz İranda rejimi dəyişməyə çalışmırıq"


 

Tramp: "Biz İranda rejimi dəyişməyə çalışmırıq"<b style="color:red"></b>

"Biz İranda rejimi dəyişməyə çalışmırıq”.

ONA-nın məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp Yaponiya baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Mən İrana zərər vermək niyyətində deyiləm, sadəcə İranın nüvə silahına "yox" deməsini istəyirəm",- deyə Tramp qeyd edib.

ABŞ prezidenti İranla nüvə razılaşması əldə ediləcəyinə inandığını bildirib.

“İranın böyük iqtisadi potensialı var. Mənim çox yaxşı iranlı tanıdıqlarım var. İranın hazırki rəhbərliklə böyük bir ölkə olmaq şansı hələ də var, - ABŞ prezidenti əlavə edib.

 





27.05.2019    çap et  çap et