525.Az

Quba və Qusara küləyin vurduğu ziyan aradan qaldırıldı


 

Quba və Qusara küləyin vurduğu ziyan aradan qaldırıldı <b style="color:red"></b>

Quba və Qusarda mayın 25-i küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılıb.

Qusar rayon İcra Hakimiyyətindən ONA-nın şimal bürosuna verilən məlumata görə, hadisə günü rayonun əksər ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb. Qısa müddətdə görülən işlər nəticəsində 80-ə yaxın kəndə dəyən ziyan aradan qaldırılıb.  Qusar şəhərində, həmçinin daha iki kəndə qaz xətlərinə dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Qusarda damı uçan 2 saylı şəhər məktəbində təmir bərpa işləri aparılır.

Quba rayon Fövqəladə Hallar Komissiyasından ONA-ya bildirilib ki, rayonda külək ən çox elektrik təsərrüfatına ziyan vurub. Qısa müddət ərzində elektrik enerjisinin bərpası mümkün olub.

 





27.05.2019    çap et  çap et