525.Az

Tələbələr ADRA-da işləyə bilərlər


 

Tələbələr ADRA-da işləyə bilərlər <b style="color:red"></b>

Azərbaycan Diplomatik Akademiyası və Bakı Mühəndislik Universitetinin İnformasiya texnologiyaları və Mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs, eləcə də magistr tələbələri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) işlə təmin olunmaq şansı qazanıblar.

Qurumdan 525.az-a verilən məlumata görə, agentliyə müraciət edən tələbələr arasından seçilən 11 nəfər ADRA-nın 3 aylıq təcrübə proqramına cəlb edilib.

Proqramda uğurlu nəticə göstərənlər Agentliyin əməkdaşına çevriləcəklər. Təcrübə proqramının təqdimatı ilə bağlı keçirilən tədbirdə tələbələrəAgentliyin fəaliyyəti və strukturu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Proqrama cəlb edilən tələbələrlə 3 aylıq əmək müqaviləsi imzalandıqdan sonra ADRA-nın direktor müavini Orxan Əliyev iştirakçılara uğurlar arzulayıb.

O, gənclərə agentliyin yeni ideya və təşəbbüslərə açıq olduğunu bildirərək, onlara bu yöndə aktivlik nümayiş etdirməyi tövsiyə edib.

Gələcəkdə bu cür təcrübə proqramlarının davam etdiriləcəyi vurğulanıb.

Cavid QƏDİR

 





27.05.2019    çap et  çap et