525.Az

"Şanlı tarix - Şanlı Respublika" adlı konfrans keçirildi


 

"Şanlı tarix - Şanlı Respublika" adlı konfrans keçirildi<b style="color:red"></b>

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 28 May - Respublika gününə həsr olunmuş "Şanlı tarix - Şanlı Respublika" adlı konfrans keçirilib.

Konfransda gənclər, tələbələr, tarixçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Respublika günü xalqın dəyərlərini ehtiva edir: "Bu gün sosial statusundan asılı olmayaraq, böyüklü-kiçikli hər kəsi qucaqlayan bir gündür. Azərbaycanın müstəqilliyi bizim üçün əzizdir. Gəncləri dəvət etməyimiz əbəs yerə deyil. Onlar da tariximizi daha dərindən bilməlidirlər".

BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov 101 illiyini qeyd etdiyimiz Cümhuriyyətin tarixi haqqında gənclərə məlumat verib: "Cümhuriyyət Azərbaycan tarixində şərəfli bir zirvədir. Hardan baxsan, bu zirvə ilə qürur duyursan. Sayca və ərazisinə görə bizdən çox olan xalqlar var. Amma biz müstəqil ölkələr içində olduğumuz üçün şanslıyıq".

Konfransda tarix üzrə fəlsəfə doktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov Cümhuriyyətlə bağlı müxtəlif məruzə ilə çıxış edib. Gənclər də çıxışlarında Respublika günü ilə bağlı fikirlərini bildiriblər. Sonda videoçarx nümayiş olunub.

S.QARAYEVA

 





27.05.2019    çap et  çap et