525.Az

Roma Papası Azərbaycan prezidentini təbrik etdi - Fotolar


 

Roma Papası Azərbaycan prezidentini təbrik etdi - <b style="color:red">Fotolar </b>

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir.

Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar.

Zati-alinizə, hökumətinizin üzvlərinə, o cümlədən, bütün Azərbaycan xalqına Ulu Tanrının xeyir-duasını diləyirəm”.

 





27.05.2019    çap et  çap et