525.Az

Bakıda Latın festivalı keçiriləcək


 

Bakıda Latın festivalı keçiriləcək<b style="color:red"></b>

Bakıda Latın festivalı keçiriləcək.

ONA-nın xəbərinə görə, tədbirin təşkili ilə bağlı mətbuat konfransında festivalın Azərbaycanda ilk dəfə keçirildiyi vurğulanıb.

Mayın 30-dan iyunun 9-dək davam edəcək Latın festivalı çərçivəsində canlı konsertlər, milli mətbəxin tanıdılması, moda və incəsənət tədbirləri keçiriləcək.

9 gün davam edəcək festival çərçivəsində mayın 30-da və iyunun 5-də 17:00-da İçərişəhər metro stansiyasında konsert olacaq. İyunun 4, 5 və 6-da isə "Yarat" incəsənət mərkəzində masterklasslar təşkil ediləcək. Bu materkasslarda Latın Amerikası ölkələrindən olan musiqiçilər iştirakçılara latın mədəniyyətinin incəlikləri barədə məlumat verəcək. Masterkasslara giriş sərbəst olacaq. İyunun 7, 8, 9-da isə "Mambo Beach"də  konsert proqramları təşkil olunacaq.

Festivala Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi dəstək verir.

 





27.05.2019    çap et  çap et