525.Az

İlham Əliyev: "Bakı-Tiflis-Qars dəmir yolu qitələri birləşdirən layihə olacaq"


 

İlham Əliyev: "Bakı-Tiflis-Qars dəmir yolu qitələri birləşdirən layihə olacaq"<b style="color:red"></b>

Azərbaycan artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilib"

"Biz böyük infrastruktur layihələri icra edirik. Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi uğurla davam edir. Bu layihə qitələri birləşdirən layihə olacaq. Avropanı Asiya ilə birləşdirən layihə olacaq". APA-nın məlumatına görə, bunu AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı zamanı prezident İlham Əliyev deyib.
 
Azərbaycan və Bakının artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrildiyini deyən dövlət başçısı ölkəmizdə yük daşımaları həcminin artdığını deyib. İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq tranzit ölkə kimi əvəzolunmaz ölkəyə çevrilib.
 
“Bu, bizim böyük üstünlüyümüzdür. Əlbəttə, bu sahənin inkişafı gələcəkdə bizə böyük mənfəət gətirəcək. Bu gün investisiyalar böyük ölçülərlə qoyulur. Bu, belə də lazımdır. İnfrastruktura qoyulan investisiyalar ölkənin inkişafını şərtləndirir. Ancaq əlbəttə ki, infrastrukturun yaradılması ilə bərabər bu investisiyalar qayıdacaq. Ölkəmizə bundan sonra uzun müddət ərzində gəlir gətirəcək, bizim qeyri-neft sektorumuzu inkişaf etdirəcək”, - deyə prezident vurğulayıb.

 





02.10.2013    çap et  çap et