525.Az

Məcnun Kərimov vəfat edib


 

Məcnun Kərimov vəfat edib<b style="color:red"></b>

 “Qədim musiqi alətləri” Dövlət ansamblının yaradıcısı və bədii rəhbəri Məcnun Kərimov vəfat edib.

M. Kərimovun qohumu Adil Kərimovun APA-ya verdiyi məlumata görə, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən M. Kərimov bu gün saat 19.00 radələrində 68 yaşında dünyasını dəyişib.

M. Kərimovla vida mərasimi sabah saat 12.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasında keçiriləcək. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunacaq.

Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub.

1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Xalq çalğı alətləri» şöbəsini bitirib.

1991-ci ildən Bakı Musiqi Akademiyasının «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb.

1995-ci ildə «Azərbaycanın qədim simli çalğı alətləri» (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir.

1996-cı ildə «Qədim musiqi alətləri» Dövlət ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub.

1998-ci ildən Bakı Musiqi Akademiyası «Xalq çalğı alətləri» kafedrasının dosenti idi.

 





02.10.2013    çap et  çap et