525.Az

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər


 

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Xatırladaq ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Həmsədrlər Bakıya da gələcəklər.

 





29.05.2019    çap et  çap et