525.Az

“New-York Times”: Orta Şərqdə 14 yeni dövlət yaranacaq


 

“New-York Times”: Orta Şərqdə 14 yeni dövlət yaranacaq<b style="color:red"></b> Yaxın gələcəkdə Orta Şərqdə 5 dövlət parçalanacaq və 14 yeni dövlət yaranacaq.
Lent.az-ın verdiyi məlumata görə, bunu “New-York Times”  qəzetinin şərhçisi Robin Rayt məqaləsində yazıb.

“New-York Times”də işıq üzü görən məqalədə qeyd olunur ki, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Liviya və Yəmən parçalanacaq. Səudiyyə Ərəbistanında parçalanma şahzadələr hakimiyyətə gəlməsi və qəbilələr arasında qarşıdurmanın güclənməsi ilə başlayacaq. Ölkə Şimali Ərəbistan, Cənubi Ərəbistan, Şərqi Ərəbistan və Qərbi Ərəbistana parçalanacaq.
 
Müharibənin 2,5 ildir ki, davam etdiyi Suriyada Aralıq dənizi sahilində bir ələvi dövlət yaranacaq, Suriyanın şimalı ilə İraqın şimalı isə birləşəcək və Kürdüstan dövləti elan olunacaq. Suriya və İraq sünniləri də ortaq dövlət yaradacaq. İraqın cənubunda isə Şiistan dövləti səhnəyə çıxacaq.
 
SSRİ-nin süqutundan sonra birləşən Yəmən də yenə Şimali və Cənubi Yəmənə bölünəcək. Liviya da parçalanmadan kənarda qalmayacaq. Qəbilələr arasında barışmaz rəqabət nəticəsində ölkənin şərqində Sirenakya, qərbdə Trablus və cənub-qərbdə Fizan adlı dövlətlər ortaya çıxacaq.
 





03.10.2013    çap et  çap et