525.Az

Bulvarda “Himnimizi bir yerdə oxuyaq” fləşmobu - Fotolar


 

Bulvarda “Himnimizi bir yerdə oxuyaq” fləşmobu - <b style="color:red">Fotolar</b>

Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi layihələr içərisində azadlığımızın, suverenliyimizin simvolu olan dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin aşılanması, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi mövzusunda tədbirlər mühüm yer tutur.

Axşam.az xəbər verir ki, bu münasibətlə Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü 28 May – Respublika Günü münasibətilə “Himnimizi birgə oxuyaq” adlı fləşmob təşkil edib.

Flaşmob Dənizkənarı Milli Parkda, Azneft Meydanı ərazisində təşkil olunub.

Layihə çərçivəsində vətəndaşların, gənclərin iştirakı ilə ölkəmizin dövlət himni canlı ifa edilib.

 





29.05.2019    çap et  çap et