525.Az

Uşaqların Beynəlxalq Müdafiəsi Günü silsilə tədbirlərlə qeyd olunacaq


 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü silsilə tədbirlərlə qeyd olunacaq<b style="color:red"></b>

İyunun 1-i bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu münasibətlə bu gündən başlayaraq Mədəniyyət Nazirliyinin və Bakı Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Uşaq kinosu həftəsi"nə başlanılıb.

Nazirlikdən bildirilib ki, mayın 31-dək davam edəcək həftə çərçivəsində 16 müəssisədə 32 filmin nümayişi nəzərdə tutulur.

Həmçinin, mayın 30-da Nizami Kino Mərkəzində xeyriyyə tədbiri keçiriləcək. Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunacaq xeyriyyə tədbiri "Salnaməfilm" sənədli filmlər studiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nizami Kino Mərkəzi və "Ulduz" şokolad fabrikinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı və yeni cizgi filmlərinin təqdimatından ibarət bayrama qayğı və diqqətə xüsusi ehtiyacı olan uşaqlar qatılacaq. Sözügedən tədbirdə məqsəd uşaqlara sevinc və təbəssüm bəxş etməkdir.

 





29.05.2019    çap et  çap et