525.Az

Azərbaycanda telekanal direktoru dəyişib


 

Azərbaycanda telekanal direktoru dəyişib<b style="color:red"></b>

Tovuzun “Turkel” tv kanalında yeni təyinatlar olub.
 
Tovuzun “Turkel” telekanalının icraçı direktoru Kənan Musayev işdən çıxarılıb. Lent.az-ın AzVision.az-a istinadən xəbərinə görə, bu barədə telekanaldan məlumat veriblər. Bildiriblər ki, K.Musayev dünən işdən çıxarılıb, onun yerinə bir ay öncə telekanala müavin təyin olunan Nadir Şəfiyev gəlib.

Kənan Musayev AzVision.az-a açıqlamasında xəbəri təsdiq edib. Bildirib ki, o artıq Gəncənin “Kəpəz” telekanalına icraçı direktor təyin edilib: “Mən “Kəpəz” tv-ə icraçı direktor təyin edilmişəm. Amma bu kanalda baş direktor Fuad Cabbarovdur, o öz yerində qalır. Mən elə “Turkel” tv-də də icraçı direktor idim, bura da həmin vəzifəyə gedirəm”.

Qeyd edək ki, “Turkel” tv-ə yeni icraçı direktoru təyin olunan Nadir Şəfiyev 1993-cü ildən Azərbaycan Dövlət Televiziyasında işləyib. Ştatdan-kənar müxbir vəzifəsindən başlayaraq, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. "Sara" müstəqil teleradio şirkətində xəbərlər departamentinin qucusu və direktoru olub. İctimai Televiziya yaradılanda Xəbərlər departamentinin qurulmasında birbaşa iştirak edib, daha sonra İctimai radionun Xəbərlər və Analitik Priqramlr departamentinə rəhbərlik etmişdir. 2006-2007-ci illərdə İTV-nin Rusiya Federasiyasındakı müxbir məntəqəsinin ilk müxbiri olub. Hazırda Reqional Televiziyada "Dünya...Siyasət" adlı həftəlik analitik proqram və "Hərb tarixi" sənədli filmlər layihəsinin müəllifi olub.

 





03.10.2013    çap et  çap et