525.Az

Həmsədrlər sabah Bakıda olacaqlar


 

<b style="color:red">Həmsədrlər sabah Bakıda olacaqlar</b>

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər çərçivəsində sabah Bakıda olacaqlar.

ONA-nın məlumatına görə, həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.

Bu gün onlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində olublar.

 





29.05.2019    çap et  çap et