525.Az

Kiyevdə insult keçirən Milli Qəhrəmanımız vətənə döndü


 

Kiyevdə insult keçirən Milli Qəhrəmanımız vətənə döndü<b style="color:red"></b>

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyev vətənə qayıdıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, Milli Qəhrəmanımızı Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb.

Milli Qəhrəmanın müalicəsi Bakıda davam etdiriləcək. Artıq xəstə kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət edir.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında Milli Qəhrəmanımızın müalicəsi ciddi nəzarətə götürülüb.

 





31.05.2019    çap et  çap et